Yıldırım:Türkiyə kürd dövlətinin yaradılmasına imkan verməyəcək

pic_ede3f6916c4545d71558e9cada3bc787Rəsmi Ankara Suriyanın şimalında kürd dövlətinin yaradılmasına imkan verməyəcək.

Oxu.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binali Yıldırım Ankarada mətbuat konfransı zamanı bəyan edib.

“Türkiyənin mövqeyi bu məsələdə açıq və aydındır. Biz Suriyanın şimalında hər hansı kürd dövlətinin yaradılmasına  imkan verməyəcəyik. Bu, ərazi bütövlüyünü qorumağa çalışan Suriyanın özünün də maraqlarına ziddir”, – deyə B.Yıldırım bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR