Bakıda keçiriləcək Avropa Oyunlarında erməni idmançılar iştirak edəcək?

Nazir çoxlarını maraqlandıran məsələdən danışdı.

1 (1)

Bakıda keçiriləcək ilk Avropa Oyunlarında erməni idmançıların iştirakı üçün Ermənistana müraciət ünvanlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, Avropa Oyunlarında idmançıların iştirakı üçün bütün Avropa ölkələrinə, eləcə də Ermənistana dəvətnamə göndərilib:

“Dəfələrlə Azərbaycan idmançıları Ermənistanda keçirilən yarışlarda iştirak ediblər, elə bu yaxınlarda Ermənistanda keçirilən Avropa Oxçuluq yarışmasında komandamız mübarizəyə qatılmışdı. Bu baxımdan idman sahəsində heç bir məhdudiyyət yoxdur. Avropa Oyunlarında idmançıların təhlükəsizliyi məsələləri yüksək səviyyədə olacaq”.

Azad Rəhimovun sözlərinə görə, erməni idmançıların Azərbaycanda keçiriləcək Avropa Oyunlarında iştirakı Ermənistan Olimpiya Komitəsinin cavabından sonra bəlli olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR