Bir neçə şirkət adından “Bakcell LTD”nin baş icraçı direktoru Nikolay Bekkersə yazılan müraciətdə Anar Verdiyevin yalançı vədlərindən söz açılıb.
Son zamanlar “Bakcell”də pillə-pillə yüksələrək şirkət rəhbərliyinin etimadını qazanan Anar Verdiyev və onun atası Müqayis Verdiyevlə bağlı mətbuatda çox danışılır. Hətta ölkə mətbuatı tərəfindən qeyd olunur ki, vaxtilə Müqayis Verdiyevin həbs olunduğu zaman saytların və qəzetlərin redaksiyalarını qapı-qapı gəzən Anar Verdiyev sonradan atasının yaxınlıq etdiyi Sumqayıt RİH başçısı Zakir Fərəcovun yardımıyla yüksəliş qazanıb. Belə ki, onun müxtəlif yollarla və hətta “təhkimçi” üsullarla “Bakcell”ə müştərilər topladığı, müxtəlif əlaqələr quraraq zamanla şirkət daxilində söz sahibinə çevrildiyi barədə söz-söhbətlər səngimək bilmir. Bu günlərdə isə Legion.az-ın redaksiyasına maraqlı bir məlumat daxil olub.
Məlumata görə, onunla bağlı bir neçə şirkət Bakcell-in rəhbərliyinə şikayət etdilər. Bildirilir ki, Anar Verdiyev bir neçə şirkəti “Bakcell”in korporativ xidmətlərindən istifadəyə dəvət edərək, atasının işinin xatirinə həmin şirkətlərə yalan vədlər verib. Belə ki, məlumata görə, A.Verdiyevin şirkətləri “Bakcell”in korporativ xidmətlər paketinə qoşarkən, verdiyi vədlər arasında “iPhone” və planşetlər,eləcə də xeyli güzəştlər də vardı ki, guya bir ildən sonra həmin şirkətlər bunu əldə edəcəkdi. Hətta, bu vədlərin içində xaricdə gəzintilərin də olduğu bildirilir. Lakin bir neçə ildir “Bakcell” şirkətinin müştərisi olan həmin şirkətlər nəinki güzəştlər və hədiyyələr alıblar, hətta Anar Verdiyevə zəng etdikdə onunla danışa da bilmirlər. Legion.az-ın əldə etdiyi məlumata görə, Anar Verdiyevin yalançı vədləriylə bağlı olaraq, həmin şirkətlər “Bakcell” baş icraçı direktoru Nikolay Bekkersdən bu məsələyə aydınlıq gətirməyi xahiş ediblər.
Murad İbrahimli
Legion.az