Kanal S (Region TV) xəbər verir ki, hadisə Qax-Şəki avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib. Bakı sakini, 1949 cu il təvəllüdlü, Qurbanov Ağakərim Məhərrəm oğlu idarə etdiyi “Sayfa” markalı avtomobillə, Şəki sakini 45 yaşlı Omarov Elşad Rəşad oğlunu vurub.
Yaralı Qax rayon Təcili Tibbi Yardım Staniyasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.