
Kəpəz TV (Region TV) xəbər verir ki, itkin düşən şəxsin axtarışları bu gün səhər saatlarında nəticə verib. Onun avtomobilində olan meyidi qəsəbə ərazisindən keçən su kanalından tapılıb. Qəza keçirən Anar Bayramovun cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb.
Rayon Polis İdarəsində fakt üzrə araşdırma aparılır.