VAZ 21 07 markalı avtomobillə Opel markalı avtomobil toqquşub
Kanal S (Region TV) xəbər verir ki, hadisə nəticəsində sürücülər xəsarət almasa da “07” markalı avtomobili idarə edən Şəki şəhər sakini Əliyev Elşən Şamil oğlunun qohumları – Eldar Əliyev və Sürayə Əliyeva yüngül bədən xəsarətləri alıblar.
Sürayə Əliyevanın sözlərinə görə, hadisə anidən baş verib: “Mən arxada oturmuşdum. Bilmirəm. Elə onda gördüm ki, gətirirlər bura. Da heçnədən xəbərim yoxdur. Kim dəyib, necə dəyib bilmirəm”.
“07”nin sürücüsünün sözlərinə görə isə, günah onda olmayıb: “Kruqdan təzəcə dönmüşdüm. 3-cü skorusa təzə vermişdim. 40 zad anca olardı. Qabağımda maşın reski saxladı. Baxın tormuzun izi də düşüb. Uspet eliyib heçnə edəmmədim. Dəydi də”.
Şəki şəhər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.