
58 yaşlı Şeron Stoun 15 il əvvəl keçirdiyi beyin qanamasından sonra qısa müddətdə öldüyünü, amma daha sonra yenidən həyata qayıtdığını deyib. Stoun həmin hadisə haqqında bunları danışıb:
“2001-ci ilin sentyabr ayında beyin qanaması keçirmişdim. Bir anda dümağ bir işıq gördüm. Köhnə dostlarım sıra-sıra düzülmüşdü və mən də onların arasıyla gedirdim. Öldüyümü hiss etdim. Amma birdən gözlərim açıldı. Ölümdən qorxmuram. Əslində ölümün bizə bir hədiyyə olduğunu düşünürəm. Bu yaşadıqlarımdan sonra da həyatımdakı heç bir şey əvvəlki kimi olmadı. Yaşadıqlarım mənə çox təsir etmişdi”.
57676747467.jpg)

