48 yaşlı piyada maşının altında can verdi – Sürücü qaçdı – VİDEO

snimokCəlilabad rayonunda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

ARB Cənub xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək isəyən Cəlilabadın Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən elə yerindəcə dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçıb. Avtomobilin qırılaraq yerə tökülmüş ehtiyyat hissələrindən onun “VAZ – 21 06” olduğu ehtimal olunur.

Hazırda hadisəni törədən sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR