Tramp və Klinton arasında baş tutan müzakirələr tamaşaçı sayına görə rekord vurub

1b1ab669-7671-4b68-ae7f-1d5e699e7312_292Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp ilə onun Demokratlar Partiyasından olan həmkarı Hillari Klinton arasında televiziyada baş tutan seçkiqabağı müzakirələr ölkə tarixində reytinq baxımından rekord vurub.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı “Nielsen” sosialoji şirkətinə istinadən CNN telekanalı məlumat yayıb.

Müzakirələrin yayımlandığı 12 telekanalın ümumi auditoriya sayı 80,9 mln. nəfər təşkil edib ki, bu da ABŞ-da telemüzakirələrin yayımlanmağa başladığı 60 ildən çox müddət ərzində rekord olub.

Eyni zamanda qeyd olunur ki, müzakirələrə yalnız evdə baxanların qeydiyyatı aparılıb, restoran, bar və ofislərdə müzakirələri izləyənlər qeydiyyatdan kənarda qalıb.

CNN xəbər verir ki, bir çox insanlar müzakirələri internet vasitəsi ilə izləyiblər. “Youtube” videohostinqində yayıma 2,5 milyon nəfər qoşulub.

İki rəqib arasında ilk müzakirələr ötən gün baş tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR