Şəkidə ayının hücum etdiyi kişinin görüntüləri – VİDEO

snimokŞəkidə 43 yaşlı kişi ayı hücumuna məruz qalıb

ARB Şəki xəbər verir ki, hadisə rayonun Baş Şabalıd kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı dağlıq meşəlik ərazidə özünə məxsus şabalıd sahəsinə gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edib.

Zərərçəkən alının hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə Şəki rayon mərkəzi xəstəxanasına daxil olub. Ona lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə qarşı peyvənd edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR