42 yaşlı kişi ölümcül döyüldü – VİDEO

dava2Hadisə Göygöl rayonunun şadlıq saraylarının birinin qarşısında baş verib

ARB TV xəbər verir ki, Göygöl rayon sakini, 42 yaşlı Mayıl Hacıyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Onun müayinəsi zamanı bədənin müxtəlif nahiyələrində xəsarətlər aşkar edilib. Dərhal yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Verilən məlumata görə Mayıl Hacıyev dava-dalaş zəminində döyülüb.

Şahin Quliyev- həkim: “Gecə təxminən saat 2 radələrində Göygöl rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə ağır vəziyyətdə xəstə gətirilib. Xəstədə ilkin müayinə zamanı qapalı kəllə-beyin travması aşkar edilib. Sərxoş olduğu üçün dərin müayinə mümkün olmadı. Hazırda vəziyyəti nəzərə alınaraq reanimasiya şöbəsinə yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR