Təhsil Nazirliyi dəqiq elmlər üzrə kadr yetişdirə bilmir?

trtehsilEtibar Əliyev: “Müəllimlərin hazırlıq səviyyəsinə görə məsuliyyəti Təhsil Nazirliyi daşıyır”

Sərdar Yusifoğlu: “Gənclərimiz adında “beynəlxalq” sözü olan ixtisaslara qaçır, amma kimya, fizika və riyaziyyat kimi sahələrə maraq zəifdir”

“Bu gün ölkənin neft sənayesində ən böyük problem təhsil müəssisələrində kimya fənninin tədrisi ilə bağlıdır”. Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov bildirib ki, bir çox məktəblərdə kimya fənninin tədrisindən imtina edilir. Onun sözlərinə görə, bu problemlərin həlli üçün kimya müəllimlərinin hazırlanması qaydaları (metodologiyası) dəyişməlidir: “10-cu sinfin 138 səhifəlik “Kimya” kitabını müəllimlər öyrədə bilmirsə, onun əsas səbəbi müəllim hazırlığı ilə bağlıdır. Ona görə müəllimlərin hazırlanması qaydaları dəyişməlidir” (APA).

Oktyabrın 14-də səsləndirilən bu açıqlama cəmiyyətdə bir sıra müzakirələrə səbəb oldu və Qafqaz Xəbər Agentliyinin də diqqətindən kənarda qalmadı. “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev Qafqaz Xəbər Agentliyinin rusdili Kavkaznews.az saytına bdsc_4722ildirib: “Vaqif Abbasov böyük alimdir, eləcə də kimya üzrə dərsliklər müəllifidir. Güman ki, apardığı təhlil nəticəsində bu qənaətə gəlib. Ola bilər ki, bu gün kimya fənni üzrə dərsliklər tamamilə başqa müəlliflər tərəfindən hazırlanır və onların qeyri-peşəkarlığı Vaqif Abbasovun narazılığına səbəb olub”.

“Axı, Vaqif Abbasov müəllimlərin hazırlanmasından danışıb”, – deyə jurnalist qeyd etdi. “Müəllimlərin hazırlığına dərsliklərin səviyyəsinin aşağı olması da təsir edir. Əgər müəllim dərslikdə nə yazıldığını anlamırsa, uşaqlara nə öyrədəcək?”, – deyə Etibar Əliyev ritorik sualla çıxış edib.

90584Etibar Əliyev qeyd edib ki, aşağı səviyyəli kadrlar məhz Təhsil Nazirliyinin ali təhsil müəssisələrində hazırlanır. Onun sözlərinə görə, ölkə məktəblərində fizika və kimya fənlərindən tədrisin səviyyəsinin aşağı olmasını TQDK da təsdiqləyib. Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə bildirib ki, bununla razılaşa bilməz, amma kimya müəllimlərinin səviyyəsini müəyyən etmək üçün araşdırma aparmaq lazımdır.

“Gənclərin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, təhsil eksperti Sərdar Yusifoğlu isə Qafqaznews.az-a bildirib ki, günahı təkcə Təhsil Nazirliyində axtarmaq olmaz. “Son zamanlar insanların dilinə şablon sözlər düşüb: “xüsusi qərar”, “xüsusi proqram”, “xüsusi sərəncam”, “xüsusi qanun” və s. Ümumiyyətlə, “xüsusi” nəyəsə ehtiyac varmı? Gərək prezident sərəncam versin və ya Milli Məclis hansısa xüsusi qanun qəbul etsin?

20131228134309c-sar-t_valehovTəhsil məmurlarının və müəllimlərin özündə də məsuliyyət olmalıdır. Bəli, Azərbaycanda pedaqoji kadrların hazırlanmasında vəziyyət heç də ürəkaçan deyil. Ümumiyyətlə, dəqiq elmlər üzrə ali məktəblərdə müasir standartlara uyğun kadrların yetişdirilməsi məsələsi problematikdir. Azərbaycanda dəqiq elmlərin tədrisində ciddi problemlər var”, – deyə S.Yusifoğlu qeyd edib.

Onun fikrincə, məktəblərdə həvəsləndirici proqramlar təşkil olunmalı və kimya, fizika, riyaziyyat kimi fənlərin tədrisində yeni-yeni metodlardan, yanaşmalardan istifadə olunmalıdır: “Gənclərimiz adında “beynəlxalq” sözü olan ixtisaslara qaçır, amma kimya, fizika və riyaziyyat kimi sahələrə maraq zəifdir. Repetitor yanına gedərək, bu fənlərdən yüksək bal toplayanlar var. Lakin ümumilikdə vəziyyət xoşagələn deyil. Bu istiqamətdə məktəblilərdə, eləcə də tələbələrdə maraq oyatmaq lazımdır. Digər tərəfdən, dəfələrlə demişəm ki, ali məktəblərimizdə tələbələr praktika sıxıntısı yaşayır. Onların tətbiqi biliklərini artıran real istehsalat təcrübələri təşkil olunmalı, müxtəlif iri şirkətlər də tələbələrlə işləməyə maraq göstərməlidir.

İstehsalat təcrübəsi sadəcə “kağız üstündə” qeyd olunan, hər hansı laboratoriya və ya iş prosesində olmayan, elmin yeniliklərindən xəbər tutmayan kadrlar gələcəkdə şagirdlərə də yetərincə savad verə bilməyəcəklər”.

hqdefault Lakin S.Yusifoğlunun fikrincə, neft-kimya sahəsində savadlı kadrlarımız son illərdə yetişməkdədir. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rəhbərlik dəyişiklikləri olandan sonra, müsbət inkişaf barədə məlumatlar alırıq. Tələbələr də razılıq edirlər… İstedadlı tələbələr xaricə göndərilir, xaricdə yetişən kadrlarımız da var. Amma kadr qıtlığı yenə də qalır. Bəzən hər hansı layihədə işləmək üçün, SOCAR xaricdən şirkət və mütəxəssislər dəvət edir. Deməli, özümüzdə belə kadrlar yoxdur və yetişdirmək lazımdır. Elementar misal deyək, “Günəşli” Platformasında qəza baş verərkən, xaricdən mütəxəsislər çağırmalı olduq. Bu çatışmazlıqları aradan qaldırmaq üçün, düşünmək və çalışmaq lazımdır. Hər hansı “xüsusi sərəncam” gözləməyə dəyməz”, – deyə S.Yusifoğlu əlavə etdi.

Sözardı: Vaqif Abbasovun son açıqlamaları ilə bağlı “Google”da araşdırma apararkən, AMEA Neft-Kimya Prosesləri İnstitutunun rəsmi vebsaytında 15 oktyabr 2016-cı il tarixi ilə yerləşdirilmiş bir şeirə rast gəldik. “Yazıq” adlandırılan bu şeirin müəllifi adıkeçən institutun direktoru Vaqif Abbasovdur. Vaqif müəllimin ədəbi yaradıcılığa da marağını alqışlayırıq, amma neft və kimya proseslərinə həsr olunan AMEA resursunda “poeziya dəqiqələri” bizim təəccübümüzə səbəb oldu.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR