“Bura gəlmək üçün maşınımı “kruq”da saxlayıram” – Məzarlıq, yoxsa avtodayanacaq? – VİDEO – FOTO

tovuz-1Qənbər Novruzov təxminən bir il əvvəl anasını torpağa tapşırıb.

ARB TV xəbər verir ki, tez-tez dünyasını dəyişən doğmasının ruhunu ziyarətə, dua etməyə gəlir. Hər gəlişində gördüyü mənzərə onu təəccübləndirir. Bəzən də əsəbləşdirir: “Gətirib bura su tökürəm ziyarət edəndə. Gülləri sulayıram. Bura gəlmək üçün də gedim maşını o tərəfdə “kruq”da saxlayıram. Borcumdur gəlmək. Amma bura dayanacaq deyil. Elədirsə yazıb vurun ki, dayanacaqdı”.
Gec-tez hamımız bu torpaqda əbədi gözümüzü yumacağıq. Amma deyəsən, əcəli qabaqlayıb sağ ikən qəbiristanlıqda “uyuyanlar” da var. Səbəbini isə açıqlamaqdan bax bu şəkildə boyun qaçırırlar. Xoşagəlməz hadisə ilə üzləşən təkcə Qənbər deyil.
 

Məzarlığı ziyarətə gələn digər sakinlər də eyni hallarla üz-üzə qalırlar. Əzizlərinin qəbrini görməyə gələn digər ziyarətçilər, mənəvi dinclik tapmaq əvəzinə qanıqara, narahat vəziyyətdə məkanı tərk edir: “Dağıstandan qonaq gəlmişəm ki, ata-anmın məzarını ziyarət edim. Gəlmişəm zir-zibil dolu. Qəbiristanda taksilər dayanıb. İt yatır. Millət öz ölüsünə hörmət qoymur. Elə deyiblər bir yerə tullayaq qurtardı getdi”.

Şəhər bələdiyyəsinin rəsmisi Firdovsi Fəttahovla elə məzarlıqda görüşdük. O, məkana darvazanın qoyulduğunu,  dələduzlarınsa qıfılı qırdığını bildirdi. Çarə dirəklərə zəncir bağlatdırmaqda görülsə də, faydası olmayıb.


tovuz-2

tovuz-3

tovuz-4

tovuz-5

tovuz-6

tovuz-7-1

tovuz-7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR