Antalya Ticarət və Sənaye Palatasının binasında partlayış baş verib
Publika.az DHA agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb, bir avtomobil tamamilə yararsız vəziyyətə düşüb, daha 4 avtomobil və ətrafdakı binalar zərər görüb.
Hadisənin terror olub-olmadığı araşdırılır. Minalanmış avtomobilin partladıldığı iddia edilir. Ancaq səlahiyyətlilər bu məlumatı hələ təsdiqləmirlər.
Bina tamamilə boşaldılıb və ikinci bir partlayış ehtimalı ilə təhlükəsizlik tədbirləri gücləndirilib.
Şüşə qırıntılarından yaralananlar xəstəxanalara aparılıb.