Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib
ARB TV xəbər verir ki, Cəlal Qurbanov küçəsində 60 yaşlı İsbat Məmmədov idarə etdiyi “VAZ 2102” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub.
İsbat Məmmədov – sürücü: “Özünü atdı maşının qabağına, başı dəydi “patpres”ə yıxıldı”.
Yaralını sürücü İsbat Məmmədov özü xəstəxanaya gətirib. Ona dərhal tibbi yardım göstərilib və əməliyyat edilib. Həkimlər vəziyyətinin ağır olduğunu bildiriblər.
Polis əməkdaşları qəza baş verən əraziyə baxış keçiriblər. Sürücünün ifadəsi alınıb. Məlum olub ki, hadisə piyada keçidi olmayan yerdə baş verib.