Hollivud Şöhrət xiyabanında böyük britaniyalı aktyor Hyu Lorinin adına ulduz açılıb
Qafqaznews.az Report-a istinadən xəbər verir ki, o, ABŞ-da “Doktor Haus” serialında baş rolu ifa etməsi ilə məşhurlaşıb.
57 yaşlı H.Lori ulduzun açılışında həyatda bəxtinin gətirdiyini və bəxtin hər zaman onun yanında olduğunu bildirib.
Qeyd edək ki, aktyor 2006-2007-ci illərdə “Doktor Haus” serialında canlandırdığı Qreqori Haus roluna görə “Qızıl qlobus” mükafatı qazanıb. Həmin seriala çəkildikdən sonra H.Lori ən yüksək ödənişli aktyorlardan birinə çevrilib.