Bu yol keçilməz vəziyyətdədir – avtobus son dayanacağını dəyişib-VİDEO

36433411Söhbət Biləcəri qəsəbə ərazisində ki, Binəqədi yolundan gedir

Paytaxtda sərnişindaşıma ilə məşğul olan 202 saylı avtobus son dayanacağını dəyişib. Buna səbəb avtobusun son dayanacağına gedən Binəqədi yolunun keçilməz vəziyyətdə olmasıdır. Elə bu səbəbdən bəzi sakinlər səhərlər uşaqlarını məktəbə çətinliklə aparırlar. Bəs görəsən sözü gedən yol nə zaman təmir ediləcək?

Bir müddət öncə yağan güclü yağış yolu yararsız vəziyyətə salıb. Görüntülər Biləcəri qəsəbə ərazisində ki, Binəqədi yolundandır.

Sakinlər deyirlər ki, yol bu vəziyyətdə olduğu üçün, əraziyə sərnişin daşıyan 202 nömrəli avtobus da son dayanacağını dəyişib. Bu isə sərnişinləri ikiqat əziyyətə salır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, avtobusun son dayanacağı yolların həddindən artıq keçilməz olduğu üçün, qrumun razılığı əsasında dəyişdirilib. Yol təmir edildikdən sonra, avtobuslar əvvəlki dayanacağa qədər hərəkət edəcək.

Məlum oldu ki, sözügedən yol Biləcəri qəsəbə bələdiyyəsinin balansındadır. Yolun nə zaman təmir edilməsi ilə bağlı qəsəbə bələdiyəsindən mövqe öyrənmək mümkün olmadı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR