Bu gün günorta saatlarında Şəkidə avtomobil yanıb
ARB Şəki xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində qeydə alınıb.
Balakən rayon sakini 27 yaşlı Musayev Amil Şahin oğluna məxsus “Mersedes” markalı avtomobil, dayandığı yerdə, mühərrikdə baş verən qısa qapanma nəticəsində qəfildən alışıb. Alovun söndürülməsinə ilkin olaraq mülki vətəndaşlar müdaxilə edib.
Daha sonra əraziyə Şəki dövlət yanğından mühafizə xidmətinin bir texnikası və canlı qüvvəsi cəlb olunub. Avtomobilin mühərrik hissəsi tamamilə istifadəyə yararsız vəziyyətə düşsə də, lakin, bütünlüklə yanmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.