Cənubi Koreya gələn il avtomobillərdə arxa görünüş güzgülərini kamera ilə əvəz etmək üçün yol hərəkəti təhlükəsizliyi qaydalarını yenidən nəzərdən keçirəcək
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Xarici güzgülərin olmaması nəticəsində yanacağın istehlakının 10% azalacağı ehtimal edilir, belə ki, küləyin müqaviməti azalacaq.
Nazirlik ümid edir ki, güzgülərin kamera sisteminə dəyişdirilməsi qəzaların sayının azalmasına da səbəb olacaq.