İşini yarımçıq qoyan oğru, qaçmaq istəyərkən yaxalandı – VİDEO

828282582828282Paytaxtda evlərdən birini qarət etmək cəhdi oğruya baha başa gəlib

ARB TV xəbər verir ki, Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən Biləcəri qəsəbəsində xüsusi vasitələrlə qorunan İlyas Yusifova məxsus mənzildən Mərkəzi Məlumat Mərkəzinə “həyəcan” siqnalı daxil olub.

Hadisə yerinə yollanan Rayon Mühafizə İdarəsinin operativ qrupu pəncərələrin dəmir barmaqlıqlarının qırıldığını, yaşayış sahəsinə daxil olan elektrik naqillərinin kəsildiyini, bir nəfər naməlum şəxsin mənzilə daxil olmaq istədiyini aşkar ediblər.

Mühafizə polisini görüb hadisə yerindən qaçmağa cəhd göstərən şəxs zərərsizləşdirilərək ərazi üzrə 6-cı Polis Bölməsinə təhvil verilib. Onun üzərindən oğurluq üçün istifadə etdiyi ling də aşkar edilərək maddi sübut kimi götürülüb.

Samir İsmayılov -Binəqədi Rayon Mühafizə İdarəsinin bölük komandiri: “Həmin şəxs əvvəllər də dəfələrlə oğurluq etdiyinə görə məhkum edilmiş Ağamalıyev Rəfail Lətif oğludur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR