Jirinovski Trampın qələbəsinə görə ziyafət verdi, badə qaldırdı – VİDEO

img2242050Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ-dakı prezident seçkilərində respublikaçı Donald Trampın qalib gəlməsi münasibətilə jurnalistlər üçün ziyafət verib
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ziyafətə 1600 dollara yaxın pul xərclənib.
Vladimir Jirinovski ABŞ-dakı prezident seçkilərinin nəticələri elan olunduqdan sonra jurnalistləri Dövlət Dumasındakı qəbul otağına toplayıb.
O, Rusiya və ABŞ münasibətlərindən danışıb və Donald Trampın şərəfinə badə qaldırıb.
Vladimir Jirinpvski Donald Trampın qələbəsini Birləşmiş Ştatların daxili siyasətində “qırılma nöqtəsi” adlandırıb, Rusiya-Amerika münasibətlərində böyük dəyişikliklərə ümid etdiyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR