Bred Pittin sevgilisinin kimliyi bəlli oldu – FOTO

7dde1323b919d0daa6966f84b872f78bAktyor Bred Pittin eşq yaşadığı Hollivud aktrisasının adı bəlli olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu, aktrisa Marqo Robbidir. Bredin avstraliyalı aktrisadan hələ Coli ilə evli olduğu müddətdə xoşlandığı bildirilir.

Belə ki, həmin dövrlərdə Pitt Marqonu layihələrinə dəvət etsə də, Ancelina buna icazə verməyib.Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina k asıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.

113eaf34c917b342a6d2b0128fa98beb c1d1c71545d655f5ca720ae31013ef23-1 e391a986f0e2f45e125c290d4b52d02f

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR