Çinin Şenjen vilayətində texnologiya sərgisində qeyri-adi hadisə baş verib.
AzNews.az Sina agentliyinə istinadən xəbər verir ki, Çinin Şenjen vilayətində təşkil edilən Hi-Tech sərgisində Little Chubby (balaca gombul) adlı droid birdə-birə stendlərdəki şüşələri sındırmağa başlayıb, daha sonra sərgi izləyicilərinin birinin ayağının üstündən keçib.
Bu droid 4-12 yaşlı uşaqların təlimi üçün yaradılıbmış. Xarici görkəmcə droid “Ulduz müharibələri” filmindəki R2D2 robotuna bənzəyir.
1942-ci ildə məşhur kəşfçi Ayzek Azimov bəyan etmişdi ki, robot heç vaxt insana zərə verə bilməz.