Bakıda qızıl dükanından oğurluq edən qadın kameraya düşdü – VİDEO

1479714017_ourluqDünən bakının məşhur univermaqlarından birində oğurluq hadisəsi baş verib

Saat 15:00 radələrində piştaxtaya yaxınlaşan orta yaşlı xanım qızıl boyunbağını götürərək aradan çıxıb.

Qafqaznews.az xəbər verir ki, bu barədə a24.az saytının müxbirinə həmin univermağın qızıl bölməsinin satıcısı xəbər verib.

“Xanım müştəri qismində vitrinə yaxınlaşdı, bir neçə ziynət əşyasına baxıb bəyənmədiyini dedi. Mən digər müştəri ilə maraqlanan zaman o, 70-80 AZN dəyərində olan boyunbağını oğurlayıb”.

Ticarət mərkəzində olan kameralardan oğurluq hadisəsi öz təsdiqini tapıb.

Bakıda ticarət mərkəzində qızıl oğurluğu by a24info-az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR