Bakıda 20 yaşlı oğlan özünü 8-ci mərtəbədən atıb

intihar-pencereBakıda intihar hadisəsi baş verib

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nəsimi küçəsi 32 e, mənzil 86 ünvanında qeydə alınıb.

1996-cı il təvəllüdlü Toğrul Məhəmməd oğlu Rzayev yaşadığı mənzilin yerləşdiyi 8-ci mərtəbədən özünü atıb.

O, yerindəcə ölüb. İlkin məlumata görə, T. Rzayev bir müddət əvvəl beyin iflici keçirib. Onun ağrılara dözmədiyindən intihar etdiyi ehtimal olunur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR