“Həmişə pulu 16-17-si mağazaya verirdi” – Kirayə qaldığı evdə meyidi tapıldı – FOTO

1-1Kirayə qaldığı mənzildən meyiti tapıldı

ARB Kəpəz xəbər verir ki, Gəncədə İsax Cəfərov küçəsi, bina 6, mənzil 40-da kişi meyiti tapılıb.

Evdə tək yaşayan və təxminən 80 yaşı olan Müzəffər adlı şəxsin mənzildə kirayədə yaşadığı bildirilir. Qocanı bir müddət görməyən və pis qoxulardan narahat olan qonşular bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq mühafizə orqanı işçiləri və həkimlər ahıl şəxsin öz əcəli ilə öldüyünü ehtimal etsələr də, meyit müayinə üçün morqa aparılıb. Ev sahibi Eldəniz Əliyevin sözlərinə görə, kirayənişin 6 ay idi ki, mənzildə yaşayırdı.

Eldəniz Əliyev – ev sahibi: “Tapşırmışdım, pulu orada mağaza var, ora verirdi. Gördüm vaxtı keçib, hər ayın 16-17-si verirdi. O gün maraqlandım, dedilər ki, verməyib. Bu gün səhər telefonunun nömrəsini tapdım zəng etdim, gördüm zəng çatmır. Oğlanı da çağırdım, gələndə gördüm ki, rəhmətə gedib”.

3-1 4-1 5-1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR