Azərbaycanlı futbolçuları daşıyan avtobus külə döndü – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

snimokBu səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində mikroavtobus yanıb

ARB Şimal xəbər verir ki, “İnter” futbol klubunun müxtəlif yaş qruplarında çıxış edən Xaçmaz rayonunda olan futbolçuları aparan 27 BO 154 dövlət nömrə nişanlı “QAZel” markalı mikroavtobus qəfildən alışıb.

Uşaqların məşqçisi Zöhrab Mahmudov verdiyi məlumata görə, maşında olan 20 nəfər futbolçudan xəsarət alan olmayıb. Maşının kabinəsinə tüstü dolmağa başlayan kimi futbolçular avtomobildən düşürülüb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, mikroavtobus söndürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR