Bir dollara aldı, 2,4 milyona satdı – FOTO

107022ABŞ-da ər Corc Korbet arvadı Nensi ilə birlikdə 1 dollara aldıqları xaraba qalmış evi təmir edib 2,4 milyon dollara satıblar
Korbet ailəsi bunun üçün 7 il vaxt və 250 min dollar  sərf ediblər. Məsələ burasındadır ki, evi təmir edəndən sonra  onu barjla başqa bir yerə- okean sahilindəki torpaq sahələrinə aparıblar. Şimali Karolinadan Florida ştatına “köçən” villa 650 kv.metrdir. 4 mərtəbəli,7 yataq otağı, 5 kamin, lift, süni şəlaləsi və bütün rahatlıqları olan ev satışa çıxarılan kimi satılıb.
Korbet ailəsi deyir ki, söhbət puldan getmir, biz bu işi sevir və zövq alırıq.
Moderator.az evin fotolarını təqdim etməklə Sizin də zövq almanızı arzulayır

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR