Axar.az xəbər verir ki, rus əsilli taksi sürücüsü gecə vaxtı limuzinlə öz sifarişçisinin yanına tələsən vaxtı eynilə öz limuzininə bənzəyən bir maşın görüb.
Maşın yolun kənarında dayanıb, zədələnmiş limuzinin sürücüsünün kömək ehtiyacı var. Bu an rus dərhal maşını saxlayıb sürücüyə yardım etməyə başlayır. Arxada oturan sərnişin laqeydliklə baş verənləri müşahidə edir və soruşur: “Niyə ona yardım edirsən? Sən axı onu tanımırsan?”
Cavabında rus sürücü deyir: “Onun köməyə ehtiyacı var, kim olsaydı, yardım edərdi”.
Yardım etdikdən sonra sürücü yoluna düzəlir. Bir neçə gün sonra o, evinə gələndə xanımının böyük bir sevinclə ona çek uzatdığını görür. Çekdə evlərinin kredit borcunun tamamilə ödənildiyini görəndə sürücü şoka düşür. O, daha sonralar yardım etdiyi limuzindəki sərnişinin ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp olduğunu öyrənir.