Filippin prezidentinə qarşı sui-qəsd törədilib

prezident-filippin-rodrigo-duterteNaməlum şəxslər Filippin prezidenti Rodriqo Dutertenin kortejinin yaxınlığında partlayıcı qurğunu işə salıblar

Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində prezidentin təhlükəsizlik xidmətinin 9 üzvü xəsarət alıb.

Hadisə ölkənin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərində baş verib.

Bildirilib ki, həmin an prezident kortejdə olmayıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Kortej R.Dutertenin səfərinə hazırlıqla əlaqədar Maraviyə doğru istiqamət alıb. Hələlik sui-qəsd cəhdinə görə prezidentin səfərinin təxirə salınıb-salınmayacağı barədə məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR