Ukraynanın sabiq baş naziri Poroşenkonu tank ilə müqayisə edib

5bbb6418-d906-426a-81b8-c2cf40349024Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Ukrayna prezidenti Pyotr Poroşenkonun siyasət aparmaq üslubunu tank ilə müqayisə edib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

“Qulaq asın, o, ağıllı oğlandır. Amma hərdən özünü qətiyyətlə hərəkət edən tank kimi aparır. Lakin yadda saxlamaq lazımdır ki, tank əleyhinə raket həmişə var”, – deyə Yatsenyuk bildirib.

A.Yatsenyuk 2014-2016-cı illərdə Ukraynanın baş naziri vəzifəsini tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR