Məşhur Cahandar ağanın unudulmuş məzarı- FOTO

107688İsmayıl Şıxlının «Dəli Kür» romanının qəhrəmanı Cahandar ağanın baxımsız qalmış məzar daşı hələ də köhnə aqibətini yaşayır. Məzarın yerləşdiyi Qazax rayonunun İkinci Şıxlı kəndinin ziyalıları Fəxrəddin Vəlizadə və Araz Vəliyev bir müddət bunda  öncə, mətbuatda bu məsələni qabardıblar.
Lakin Araz Vəliyev Moderator.az saytına verdiyi açıqlamada  bildirib ki, bu məsələnin həlli ilə nəticələnməyib.
Qeyd edək ki, Cahandar ağa İsmayıl Şıxlının “Dəli kür” romanın qəhrəmanı 1853-cü ildə Qazağın IIŞıxlı kəndində dünyaya gəlmişdi. Yusif ağanın oğludur.
O,  1910-cu ildə Kürün o tayından gələn bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərinindən ibarət bir qrupun pusqusuna düşür. Ruslar Cahandar ağanı gülləyə tuturlar. Cahandar ağa öz atının belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır. 5 rus əsgərini öldürür,lakin özü Kür sularında düşmən gülləsindən şəhid olur. Cahandar ağa qəbri IIŞıxlıda Bakı-Tibilisi şose yolunun, Sınıq körpüyə yaxın hissəsində yolun sağ kənarında yerləşən köhnə qəbirstanlıqdadır.
10624758_369378846562883_7447990917600567265_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR