Mixail Saakaşvili Ukraynada yaratdığı Yeni Qüvvələrin Hərəkatı Partiyasının inkişafı üçün maliyyə vasitələri toplamağa başlayıb.
Axar.az xəbər verir ki, bu informasiyanı Odessanın eks-qubernatoru öz Feysbuk səhifəsində paylaşıb. O, partiyası üçün pulu Ukraynanı lider ölkələrdən birinə çevirmək planını reallaşdırmaq üçün topladığını bəyan edib:
“Bizim partiyanın məqsədi hakimiyyətdən kənar yeni siyasi sinif yaratmaqdan ibarətdir. Biz həmçinin xalq üçün qəbul ediləcək vacib qərarlara oliqarxların təsirini yox etmək niyyətindəyik”.