Dünyanın ən gözəl qadınları bu ölkələrdə yaşayır – FOTO

gaby-espino-01_1920x1080Therichest.com saytı dünyanın ən gözəl insanlarının yaşadığı ölkələri sıralayıb. Həmin siyahıda adıçəkilən dövlətlərin yerli məşhurları da yer alıb.

Siyahının 15-ci pilləsində qərarlaşan ölkə Filippindir. Bu ölkənin insanlarının gözəlliyinə nümunə olaraq Vanessa Hudgens Nicole Scherzinger göstərilib.

Saytın sıralamasında Türkiyə 14-cü sırada iştirak edir. Məşhur müğənni Hadise türk gözəlliyinə nümunə olaraq təqdim olunub.

Livan da dünyanın ən gözəl insanlarının, xüsusilə, qadınlarının yaşadığı ölkələrdən biri kimi qeyd olunub. Bu mövzuda nümunə göstərilən məşhurlar isə yarı livanlı olan Şakira ilə Zoe Saldana Wenworth Miller olub.

İspaniya siyahıda 12-ci sırada yer tutub. Aktrisa Penelope Cruz ilə əriJavier Bardem və müğənni Enrique Lglesias bu siyahıda adıçəkilən ulduzlardandır.

İtalyan əsilli məşhurlar Marisa Tomei Carla Bruni də bu ölkənin gözəl insanlarına nümunə göstərilib.

Anna Kournikova, İrina Şeyk, Maria Şarapova isə rus insanlarının gözəlliyinə nümunə gətirilib. Ruslar siyahıda 10-cu sırada qərarlaşıb.

Niderland dünyanın ən gözəl insanları siyahısında 9-cu sırada yer alıb. Anaları hollandiyalı olan model bacılar Gigi Hadid Bella Hadid həmin sırlamada təqdim olunub.

Səkkizinci yerdə Braziliya dayanır. Nümunə olaraq göstərilənlər isə dünyaca məşhur top-modellər Gisele Bundchen, Adriana Lima Alessandra Ambrosiodur.

Caroline Wozniacki siyahının yeddinci pilləsində iştirak edən Danimarka gözəlliyinin nümunəsi olaraq təqdim edilib.

Dördüncü sırada Norveç var. Kökləri bu ölkədən gələn Marilyn Monroe Humphrey Bogart isə bu mövzuda nümunələr arasındadır.

Sıralamada ABŞ beşincidir. Reese Witherspoon isə tipik Amerika gözəlliyinin nümunəsi olaraq seçilib.

Kanada siyahıda dördüncü sıradadır. Ryan Gosling, Rachel McAdanms Justin Bieber nümunə olaraq göstərilən məşhurlardandır.

Siyahıda üçüncü sırada Yunanıstan yer alıb. Nümunə göstərilən məşhur isə kökləri bu ölkəyə uzanan Jennifer Aniston olub.

İsveç gözəlliyinə nümunə olaraq gənc aktrisa Alicia Vikander göstərilib.

Dünyanın ən gözəl insanlarının yaşadığı ölkələr sıralamasında birinci sırada Venesueladır. Gözəllik yarışlarında ən çox birincilik qazanan ölkə olan Venesuelanın gözəllərinə nümunə olaraq Gaby Espino göstərilib.


www.oxu.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR