Heç kimin günahı yoxdur. Sadəcə olaraq fəhlələr həlak olmuşlar

yanqinBu il dekabrın 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin ailə üzvləri ilə görüşüb. Ann.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev bildirib ki, “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılacaq (Ann.az).

“Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldırlar. Bu zaman heç kim ondan danışmır ki, faciədən sonra bir il ərzində heç kim nə cinayət məsuliyyətinə cəlb olunub nə də tutduğu vəzifədən azad edilib”, – deyə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı Legion.az-a bildirib.

bez-nazvaniya-9Doğrudanmı neftçilərin ölümünə görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb və tutduğu vəzifədən azad edilməyib? Bu suala cavab almaq üçün biz SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyevlə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz baş tutmadı. Onda biz Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin mövqeyini öyrənmək qərarına gəldik, lakin bizim onunla əlaqə saxlamaq cəhdimiz uğurla nəticələnmədi. Onda biz Neft-qaz sənayesi işçilərinin həmkarlar komitəsinin əməyin mühafizəsi üzrə müfəttişi İsrafil Əliyev ilə əlaqə saxladıq, lakin təəssüf ki, o suallarımıza cavab verməkdən imtina etdi.govhar_baxshaliyeva_02

Legion.az sabiq vitse -spiker, Milli Məclisin deputatı Gövhər Baxşəliyevadan yaranmış vəziyyəti şərh etməyi xahiş edib. “Mənə nəyisə şərh etmək çətindir. Axı mənə hadisənin konkret təfərrüatları məlum deyil”, – deyə Gövhər Baxşəliyeva Legion.az-a bildirib.

Onun fikrincə, əgər faciə həqiqətən də kiməsə görə baş veribsə, onda yəqin ki, günahkarlar məsuliyyətə cəlb olunardılar.

“Əgər araşdırmalar zamanı heç kim məsuliyyətə cəlb olunmayıbsa, deməli, heç kəsin günahı yox idi. Xilasedici qayıq aşıb, üstəgəl fırtına. Bu da insanların ölümünə səbəb olub”,- deyə Gövhər Baxşəliyeva bildirib.

R.Həsənoğlu

Legion.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR