Tovuzda maşın divara dırmaşdı – FOTO

1aa89387-dfe3-42df-9b3e-81f28e8529dbTovuz rayonuna yağan qar yol qəzasına səbəb olub.

Qafqaznews xəbər verir ki, İbrahimhacılı kəndində sürücü İkram Bayramoğlu (Şəmkir rayon Tatar kənd sakini) idarə etdiyi “Niva” markalı avtomobili qarşıdan gələn digər maşına vurmamaq üçün əyləci basıb və sürəti azaltmağa çalışıb, lakin idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq kənardakı maneələrə çırpılıb və evlərdən birinin divarına dırmaşaraq dayanıb.

Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (Report)

318e9490-4cc8-4525-b230-ca8598a0b463

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR