İki maşının toqquşması bir nəfəri xəstəxanalıq etdi – FOTO

xacmaz-1Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

ARB Şimal xəbər verir ki, qəza Xaçmaz-Quba yolunun 9-cu km-də, Bayoba kəndi ərazindən keçən hissəsində qeydə alınıb.

İki “Vaz 2107” markalı avtomaşının toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Xəsarət alan Xaçmaz rayon Hacıəlibəy kənd sakini 22 yaşlı Mirzəxanov Elnur Novruz oğlu dərhal Rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralıya sol gicgah nahiyəsinin, sol əlin arxa səthinin yaralanması diaqnozu qoyulub. Xəsarətləri yüngül olunduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisənin səbəbləri araşdırılır.

xacmaz-2-1 xacmaz-3

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR