Ronaldo 500-ə çatdı

dd4641ebc8de267bc4a80939a3f12a8dMadrid “Real”ının futbolçusu Kriştianu Ronaldo klub karyerasında 500-cü qola imza atıb. Apasport.az saytı xəbər verir ki, bu, Yaponiyada keçirilən klublararası dünya çempionatında reallaşıb.

Turnirin yarımfinal mərhələsi çərçivəsində Meksika təmsilçisi “Amerika” ilə qarşılaşan “Real” 2:0 hesablı qələbə qazanıb ki, yekun nəticəni müəyyənləşdirən qolu məhz Ronaldo vurub. Oyunun 90+3-cü dəqiqəsində fərqlənən Kriştianu yubiley qolunu rəsmiləşdirib.

4 dəfə “Qızıl top”u qazanmış Ronaldo 500 qoldan 377-nə “Real”, 118-nə “Mançester Yunayted”də, 5-nə isə “Sportinq”də imza atıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR