“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsinin istintaq idarəsindən məlumat veriblər.
Məlumata görə, hazırda 42 nəfərin xəstəxanaya yerləşdirildiyi və onlardan 25 nəfərin öldüyü məlumdur. Qalanlarının vəziyyəti isə ağır olaraq qalır.
İlkin məlumatlara görə, konsentratın tərkibində metil spirti olub.
Hadisə qurbanlarının hamısı eyni mikrorayonda – Novo Leninoda yaşayanlar olub.