Ebru Gündeş Rza Zərrab ilə boşanmaqdan imtina etdi

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş həyat yoldaşı, iş adamı Rza Zərrab ilə barışıb

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zərrab mart ayında ABŞ-da həbs olunmuş, sentyabr ayında isə Gündeşin ondan boşanmaq istədiyini və vəkilinin bu haqda vəkalətnamə göndərdiyini bildirmişdi. Keçən müddət ərzində iki tərəf də boşanma iddiası açmayıb.

Rza Zərrabın həbs olunmasından sonra 3 ay boyunca onunla görüşməyən Ebru Gündeş, bir müddət sonra həyat yoldaşı ilə telefon vasitəsilə ünsiyyət qurub. Cütlük arasındakı buzlar qısa zaman ərzində əriyib və məşhur müğənni boşanma qərarından imtina edib.

Ebru hazırda Zərrabın Beykozdakı villasına köçməyi planlaşdırır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR