Poroşenko Ukraynada stabilliyi pozan şəxslərin adlarını açıqladı

“Ukraynada ayrı-ayrı siyasi güclər müxtəlif metodlardan istifadə edərək ölkədə stabilliyi pozurlar”

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Amma Ukrayna xalqı artıq onları yaxşı tanıyır”, – deyə prezident adını çəkmədən Radikal Partiyasının sədri Oleq Lyaşko və “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun ölkədə stabilliyi pozmaq istədiyini vurğulayıb.

Onun sözlərinə görə, bütün çətinliklərə və ehtiyaca baxmayaraq, təhlükəsizlik və müdafiəyə böyük resursları ayırmaq mümkün olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR