Corc Mayklın ölümündən əvvəl çəkdirdiyi son fotolar

Türkiyəli müğənni Reyhan Karaca pop ifaçısı Corc Mayklın son görüntülərini yayıb.

Axşam.az-ın “Sözcü”yə istinadən məlumatına görə, Reyhan Londonda olanda pərəstiş etdiyi Corcu görmək üçün onun evinə gedib.

Son vaxtlar kameralardan uzaq olan 53 yaşlı ifaçı şəkil çəkdirməyi sevməsə də, amma Karacanın qəlbini qırmamaq üçün onunla iki foto çəkdirib.

Bu fotoları Maykl öləndən sonra hesabında yerləşdirən Reyhan yazıb:

“Getdi…Uşaqlığım, gəncliyim, xəyallarım, tək idealım. Bunu necə başa salım ki…Necə qəmli olduğumu söyləyim…”

Qeyd edək ki, Corc Maykl ötən gün dünyasını dəyişib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR