Məşhur fransalı aktrisa vəfat edib-FOTO

Fransa kinosunun məşhur komediya aktrisası, Lui de Fünes ilə (1914-1983) birgə işi ilə tanınan Klodi Jansak 89 yaşında dünyasını dəyişib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, oğlu Frederik Şemenin bildirdiyinə görə, anası yuxuda ikən vəfat edib.

Jansak 100-dən çox filmə çəkilib. Aktrisa 10 ekran əsərində Lui de Fünesin yaratdığı personajların həyat yoldaşı obrazını canlandırıb. Onların arasında “Böyük tətil” (1966), “Oskar” (1967), “Jandarm evlənir” (1968), “Dondurulmuş” (1969) və digər filmlərini qeyd etmək olar.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR