250 manata satılan hinduşkaya görün nə ad verdilər? – SİYASİ – FOTO

Türkiyənin Samsun şəhərində həyət quşlarının ticarəti ilə məşğul olan bir vətəndaş böyüklüyü və görünüşü ilə digərlərindən fərqlənən 13 kiloluq hinduşkaya maraqlı ad verib.
Moderator.az Türk mediasına istinadən xəbər verir ki,  Suriyanın şimalında Türkiyənin başlatdığı “Fırat Kalkanı” hərbi əməliyyatı vətəndaşların rəğbəti ilə qarşılanır. Bu əsgəri hərəkatdan təsirlənən quş satıcısı nəhəng hinduşkaya “Fırat Kalkanı” adını verib.
55 yaşlı satıcı Cevat Tanrıkulu hinduşkanı Yeni il bayramında kəsmək üçün deyil, gücün simvolu olaraq saxlanması məqsədilə satdığını söyləyib.
Vətəndaşların marağına səbəb olan bu bədheybət hinduşka nə az, nə çox – 500 liraya (250 AZN) satılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR