
Belə ki, evlənməyə hazırlaşan gəlin sevdiyi adamın onu qocalanda da sevib sevməyəcəyini yoxlamaq qərarına gəlib. Bu məqsədlə özünü daha yaşlı göstərən makiyaj etdirərək gəlinlik paltarını geyinib.
Gəlini o vəziyyətdə görən bəy yerindəcə donub qalıb. Gəlindən nəyə görə belə etdiyini soruşanda isə gözəmədiyi cavabı alıb. Gəlinin “70 yaşıma gələndə də məni sevib sevməyəcəyinə əmin olmaq istədim” cavabı bəyi özündən çıxarıb. Gəlindən dərhal makiyajını təmizləməyi istəyib.
Bundan sonra bəylə gəlin arasında mübahisə yaranıb və bəy gəlini orada tək qoyaraq məkanı tərk edib.
Tərk edilən gəlin küçədə təkbaşına ağlaya-ağlaya qalıb.




