
“Əvvəlcə görüntünü gizlədən bir xəbərdarlıq pəncərəsi olmalıdır. İkinci mərhələdə isə istifadəçinin görüntünü aça bilməsi üçün yaşını qeyd etməsi istənilməlidir. Bu cür ardıcıllığı keçmək asandır. Amma heç olmasa istifadəçi nə ilə qarşılaşacağını artıq biləcək”
Qeyd edək ki, Facebook 2013-cü ildə Meksikada yaşanan bir hadisənin videosuna məhdudiyyət tətbiq etsə də daha sonra həmin videonu ümumiyyətlə silmişdi. BBC-ə danışan bir Facebook sözcüsü isə istifadəçilərin bu tip hadisələri qınamasını istədiklərini, amma insanların dünyada yaşanan vəhşiliklərdən xəbərdar olmasının da lazım olduğunu bildirib. O, bildirib ki, bu məsələ həll olunacaq və qərar qəbul ediləcək. Lakin Facebookun istifadəçilərinin sayı 1,3 milyarda çatıb. Facebookun istifadəçilərini bu cür görüntülərdən qorumaq üçün daha çox səy göstərməsi lazım olduğunu düşünənlərin sayı isə gedərək artır.