Uşaq əkiz qardaşını belə xilas etdi – Video

ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşını xilas etməsini lentə alıb

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, video uşaqların valideynləri tərəfindən sosial şəbəkəyə yüklənilib.

Uşaqlar küncdəki dolabın yanında oynadığı zaman onu təsadüfən çevirirlər. Dolab körpələrdən birinin üstünə düşür. Valideynləri otaqda olmadığından uşağa kömək edən olmayıb. Xoşbəxtlikdən, onun əkizi özünü itirməyərək kamodu irəli itəliyərək qardaşını xilas edir. Video internetdə qısa müddətdə çoxlu sayda baxış qazanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR