
İKT.lent.az-ın “hi-news.ru” saytına istinadən xəbərinə görə, istehsalçı iddia edir ki, bu fləş-kart dünyada ən rekord tutuma malikdir.
Fləş-kartın ölçüsü bir qədər böyükdür. Qurğu 2017-ci ilin fevralında satışa çıxarılacaq. Hələ ki qiyməti açıqlanmasa da, ucuz olmayacağı güman edilir.
Qurğu ən aktiv səyahətlər zamanı məlumatların bütövlüyünü qorumaq məqsədilə möhkəm metal korpusla təchiz edilib. Fləş-kart yalnız “USB 3.1” interfeysini dəstəkləyir.