ABŞ prezidenti Barak Obama Ağ Evi tərk etməyə hazırlaşır. Yanvarın 20-də Birləşmiş Ştatların yeni prezidenti Donald Trampın Vaşinqtonda inauqurasiya mərasimi olacaq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Barak Obama cümə günü, inauqurasiyadan sonra xanımı Mişel, habelə qızları Maliya və Saşa ilə birlikdə Palm-Sprinqs şəhərinə yollanacaq.
Ailə məşhur dizayner Maykl Smit və prodüser Ceyms Kostosun villasında qalacaq.
“Rancho Mirage” adlı bu villanı HBO telekanalının sabiq rəhbəri, 2013-cü ildə ABŞ-ın İspaniyaya səfiri təyin olunmuş Kostos satın alıb.
Maykl Smit və Ceyms Kostos homoseksuallardır, onlar nikahda yaşayırlar.
Daha sonra ailə Vaşinqtona qayıdacaq.
Obamalar ailəsi Vaşinqtonda 4,3 milyon dollarlıq malikanədə yaşayacaq.
516 kvadratmetrlik bu malikanəni Obamalar ailəsi 2 il müddətinə icarəyə götürüb. Bu qərarın səbəbi Saşa Obamadır. Barak Obamanın dediyinə görə, Saşa 2019-cu ildə kolleci başa vuranadək onlar Vaşinqtonda qalacaqlar.
1928-ci ildə tikilən, 9 yataq otağı və 8 vanna otağı oldan bu malikanə ABŞ-ın sabiq prezidenti Bill Klintonun mətbuat katibi olmuş Co Lokharta və onun xanımı, “Glamour” jurnalının baş redaktoru Coanna Qreyə məxsusdur.