Ukrayna şəhər nəqliyyatında e-biletə keçir

Ukrayna Ali Radası şəhər nəqliyyatında elektron biletlərin tətbiqinə icazə verib.

İKT.lent.az-ın Ukrayna saytlarına istinadən yaydığı xəbərə görə, parlamentdə müvafiq qanun layihəsinin lehinə 265 deputat səs verib.

Qanuna əsasən yerli özünüidarəetmə orqanları mülkiyyət formasından asılı olmayaraq şəhər sərnişin nəqliyyatı sistemində elektron biletlər tətbiq etmək səlahiyyəti əldə edir. Avtomatlaşdırılmış ödəniş sisteminin tətbiqi pul vəsaitlərinin real dövriyyəsini, tariflərin nə dərəcədə əsaslı olmasını və avtoparkın yenilənməsi zərurətini qiymətləndirməyə imkan verəcək.

Qeyd edək ki, Kiyev metropoliteni bu il jetondan tam imtina edərək e-biletə keçəcək. Artıq bununla əlaqədar metro stansiyalarından turniketləri yığışdırmağa başlayıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR